Yarışmaya qeydiyyat başlayır

Yarışmaya qeydiyyat başlayır

Hörmətli məktəb rəhbərliyi, hörmətli müəllimlər, əziz şagirdlər,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələri üçün bu ildən etibarən STEAM Layihələri və Robototexnika Olimpiadasına start veririk. Olimpiadada məktəblilər müxtəlif yaş qrupları üzrə 12 fərqli kateqoriyadan layihələr hazırlayaraq iştirak edə bilərlər. Bu layihə olimpiadasının tərkib hissələri olan kateqoriyalar dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq layihə olimpiadalarında mövcuddur.

Qeydiyyat prossesi: saytın qeydiyyat bölməsinə müəllimlər tərəfindən kabinet açılır. Kabinetə layihədə iştirak edəcək şagirdlər və təqdim olunan layihə haqqında məlumat yerləşdirilir.

Layihələr ilk mərhələdə olimpiadanın təşkilat komitəsi tərəfindən qiymətləndiriləcək və finala vəsiqə qazanan layihələr sayt üzərindən anons ediləcək. Olimpiadanın final mərhələsi isə 2022-ci ilin may ayında təşkil olunacaq.

Qeydiyyatın başlanma tarixi: 22.10.2021

Son qeydiyyat tarixi: 10.03.2022

QEYD: Olimpiadada iştirak haqda daha geniş məlumat yaxın günlərdə facebook platformasında vebinarla təqdim olunacaq.