Olimpiadanın təşkilində məqsədimiz 2019-cu ildən etibarən tətbiqinə başlanılan STEAM tədris modelinin (layihələrinin) dəyərləndirilməsi, şagirdlərin İKT və Robototexnika bacarıqlarınını daha da inkişaf etdirməsi və öyrəndikləri bilikləri layihələrdə tətbiq edərək daha da dərinləşdirməsidir. Bu kimi yarışmalarda iştirak etməklə məktəblilər dünyanın bir çox ölkəsində təşkil olunmuş beynəlxalq yarışlara da hazırlanmış olurlar.
Müasir tədris modellərindən biri olan PBL (Project Based Learning) - Layihə əsaslı təlim metodu bilavasitə şagirdlərin biliklərini praktik tətbiqinə kömək edir. Planlaşdırdığımız olimpiada da şagirdlərə bu istiqamətdə çox dəstək olabiləcəyini düşünürük.
Məktəblilərin olimpiadada iştirakı 3 fərqli yaş qrupu üzrə təşkil olunub. Bu təcrübə dünyanın bir çox ölkəsində keçirilən olimpiadalarda müsbət nəticələr verdiyini göstərir. Yaş qruplarına görə də şagirdlər müxtəlif kateqoriyalarda iştirak edə bilər. Yarışmada rəqabətin daha ədalətli ola bilməsi üçün yaş qruplarına görə bölünməsi məqsədəuyğun sayılır. Yarışmada kateqoriyalar üzrə komandaların tərkibi 1, 2 və ya 3 şagirddən ibarətdir. Hər bir kateqoriya haqqında ətraflı məlumat kateqoriyanın içərisində mövcuddur.
Kiçik yaş Beginner è 7-10 yaş vəya 1-4 cü siniflər
Orta yaş Intermediate è 11-14 yaş vəya 5-8 ci siniflər
Yuxarı yaş Advanced è 15-17 yaş vəya 9-11 ci siniflər
Yarışmada iştirak üçün qeydiyyat sayt üzərindən aparılacaq.
Keçirilməsini planladığımız istiqamətlər dünyanın bir çox ölkəsində təşkil olunmuş olimpiadaların tərkibində var və STEAM layihəsinin tətbiq sahələridir.
Koordinator
Təşkilatçı
Təşkilatçı
Katibə