Layihə olimpiadalarında iştirak

Layihə olimpiadalarında iştirak

Məktəblilər üçün olimpiadalar əsasən 2 fərqli istiqamətdə təşkil olunur. Bunlar fənn və layihə olimpiadalarıdır. Fənn olimpiadaları Respublika Fənn Olimpiadaları (RFO) və Beynəlxalq Fənn Olimpiadaları olmaqla 2 qrupa bölünür.

Layihə olimpiadaları yerli və beynəlxalq layihə olimpiadaları kimi təşkil olunur. Artıq bir neçə ildir ki, beynəlxalq layihə olimpiadaları müxtəlif kateqoriyalar üzrə təşkil olunur. Layihə və robototexnika bu olimpiadaların əsas istiqamətləridir. Dünyanın bir çox qabaqcıl universitetləri tələbə qəbulu zamanı şagirdlərin dərsdənkənar nailiyyətlərini də yüksək qiymətləndirirlər. Məktəblilərin bu kimi yerli və beynəlxalq müsabiqələrdə iştirakı onların gələcək universitet və ixtisas seçimində böyük rol oynayacaq.

Ümumiyyətlə, hər hansı bir yarışda, müsabiqədə iştirak şagirdlərdə bir sıra bacarıqları inkişaf etdirir:

-Komanda şəklində işləmək

-Araşdırma

-Müasir dövr texnologiyaları ilə daha yaxından tanışlıq

-İKT bilik və bacarıqlarını artırmaq

-Süni intellekt kimi sahələrlə tanışlıq

-Nano texnologiyaların tətbiqini araşdırmaq və öyrənmək

-Proqramçılıq sahəsində inkişaf

-Biznes planları hazırlamaq

-Öz işini vəya məhsulunu təqdim etmək

-İncəsənət sahəsində kreativlik

-Sərbəst şəkildə ssenari qurmaq və s. misal göstərmək olar.