Lego sumo
Bu istiqamətdə dünyanın bir çox ölkəsində keçirilən yarışmalarda şagirdlərimiz iştirak edib. Lego Sumo istiqamətində iştirak etmək istəyən şagirdlər daha əvvəlcədən verilmiş olan ölçü və standartlara uyğun robotlar hazırlayırlar. Hazırlanan robotlar bir-biriləri ilə 1 oyunda 3 dəfə qarşılaşırlar. Ringlərin ölçüləri də robotların ölçüləri kimi standart olur. İştirakçı komandaların sayılarına uyğun olaraq lego sumo istiqamətində oyunlar qruplar şəklində də təşkil oluna bilər.
- Lego Sumo kateqoriyasında robotları ringə qoyduqda müəyyən olunmuş vaxtda yarışa başlamalıdır.
- Robotlar hərəkətə hakimin START əmri ilə başlayır.
- START əmri verildikdən 5 saniyə sonra hərəkətə başlamalıdır. 5 saniyədən tez hərəkətə başlayan robotlar uduzmuş sayılacaq.
- Hər oyun 3 görüşdən ibarətdir. Keçirilən 3 görüşdən 2-ni qazanan komanda qalib sayılır.
- Robotların uzunluğu və eni maksimum 15 cm olur.
- Robotların çəkisi maksimum 1000 qr olmalıdır.
- Robotların hündürlüyü sərbəstdir.
- Rinq dairə şəklindədir və diametr 77 cm olur.
- Rinqin sərhəd xətləri 2,5 cm olur.
- Robotun hazırlığı üçün sadəcə LEGO məhsulları istifadə edilməlidir.
- Hazırlanan robotda hər hansı əlavə avadanlıq, yapışqan və ya başqa bir şey (LEGO məhsulu istisna) istifadə edilərsə, həmin komandanın bütün oyunları uduzulmuş sayılacaq.
- Robotlar hərəkətə başladıqdan sonra 2 dəqiqə ərzində bir-birinə qarşı üstünlük qura bilməzsə oyun təkrar keçiriləcək.
- Hakimin başla ( START ) əmrindən sonra robotlara toxunularsa həmin komanda uduzmuş sayılacaq.