Lego line follower

Bunun üçün iştirakçılar Legodan istifadə edərək müəyyən robotlar hazırlayırlar. Ağ sahə üzərində qara xətt ilə çəkilmiş olan yol xəritəsi verilir. Qara xəttin qalınlığı 1.5 vəya 2 cm olur. Hər bir komandada maksimum 2 şagird iştirak edə bilər. Robotlar hərəkətə hakimin START əmri ilə başlayır. Başlanğıc nöqtəsindən bitiş nöqtəsinə ən tez çatan robotlar yarışmanın qalibləri olacaqlar. Hər bir komandanın 3 dəfə müəyyən olunmuş yarış sahəsinə çıxmaq şansı var. Bu 3 dəfədən ən yaxşı nəticə əsas götürülür. İzlənəcək yolda müəyyən bucaqda əyilmələr və yüksəkliklər də ola bilər. Yol izləyən robotlar üçün hazırlanacaq olan robotların uzunluğu və eni maksimum 20 cm ola bilər. Hündürlükləri isə sərbəstdir. Komandalar istənilən qədər motor və sensor istifadə edə bilər.

share
Kiçik yaş

share
Orta yaş