Mühəndislik istiqaməti hazırda dünyanın bu kimi yarışları üçün əsas istiqamətlərdən biridir. Bu eyni zamanda məktəblilərdə yeni düşüncə tərzi formalaşdırır. Mühəndislik istiqaməti çox genişdir. Burada şagirdlər IT, maşınqayırma, süni intellekt, cihazların idarə olunması, robototexnika, mexanika kimi sahələrdə yeni layihələr hazırlaya bilər. Layihələrdə əsas amil faydalılıq, yenilik, istifadəyə asan olması diqqətə alınacaq.